"Bizim üçün faydalı oyun oldu”.
İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, "Sumqayıt"la yoldaşlıq oyunu barədə fikirlərini bildirib: “Çalışdıq hər kəs eyni yüklənməni qəbul etsin. Ona görə də düşərgəmizdə olan futbolçuların hamısına şans verdik".
Qeyd edək ki, Sumqayıtda keçirilən matç 2:2 hesabı ilə başa çatıb.
İdman.biz