"Kruzeyro"nun qadınlardan ibarət futbol komandası heyətlə bərabər yeni maskotunu da təqdim edib.
İdman.biz xəbər verir ki, maskotun arxasında nömrəsi 180 yazılıb.
Bu, Braziliyada qaynar xəttin nömrəsidir - məişət zorakılığı zamanı hara zəng etmək lazım olduğunu xatırladır.
Beləliklə, indi maskot təkcə əyləndirmir, həm də fayda verir və klub tərəfindən vacib addım atıldığı vurğulanır.
İdman.biz