“Kəpəz”də gürcüstanlı futbolçu

Xəbərlər
10 Yanvar 2025 16:14
167
“Kəpəz”də gürcüstanlı futbolçu

“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.

İdman.biz xəbər verir ki, bu, gürcüstanlı Rati Ardazişvilidir.

26 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Onunla "6 ay + 1 il" müddətinə müqavilə bağlanıb.

Ratinin son klubu vətənində "Samtredia" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada ("Rux"), Qazaxıstanda ("Kaspi", "Jetısu") və Latviyada ("Liepaya") oynayıb.

İdman.biz