MLS yaponiyalı futbolçuları qarışdırıb.
İdman.biz xəbər verir ki, MLS liqasının rəsmi saytı "Seltik"in hücumçusu Kyoqo Furuhaşinin "Atlanta"ya transferini elan edib.
Lakin bu, səhv məlumat olub. Belə ki, "Atlanta" əslində Yaponiyanın "Saqan Tosu" klubundan hücumçu Kayman Toqaşini alıb.
MLS sonra məlumatı silərək, səhvə görə də üzr istəyib.
Ola bilsin ki, səhv "Daily Mail"in bir xəbərinə görə baş verib: qəzet bir müddət əvvəl "Atlanta"nın məhz Furuhaşi üçün 12 milyon dollar təklif etdiyini yazmışdı.
İdman.biz