Azərbaycan futbolunu uğura aparan yol 6 strateji istiqamətdən ibarətdir.
İdman.biz xəbər verir ki, bu, AFFA-nın inkişaf strategiyasında öz əksini tapıb.
Uğur üçün 6 istiqamətdə işlərin reallaşdırılması zəruridir.
1. Kütləvilik: Futbola olan marağın artırılması, onun daim populyarlaşdırılması
Sevimli komandalarını dəstəkləyən futbol azarkeşləri və yerli komandalarda oynayan futbolçularla birgə vahid cəmiyyət yaratmaq.
2. Təhsil: Futbol mütəxəssislərinin inkişaf etdirilməsi
İnkişaf və məhsuldarlıq yönümlü mühiti formalaşdırmağı bacaracaq mütəxəssisləri inkişaf etdirmək.
3. İnkişaf: Regional və gənclər futbolunun inkişafı
Akademiyalarda, peşəkar klublarımızda və milli komandalarda ən istedadlı oyunçularımız üçün elit təcrübəni təmin etmək.
4. Dayanıqlılıq: Maliyyə məsələləri
AFFA-nın və peşəkar klubların maliyyə sabitliyini gəlir mənbələrinin artırılması vasitəsilə gücləndirmək.
5. İnfrastruktur: Peşəkar və gənclər futbolunun infrastrukturunun yaxşılaşdırılması
Futbol ekosisteminin bütün seqmentlərində mövcud boşluqları müəyyən etmək və infrastrukturu inkişaf etdirmək.
6. Dəstək: İnklüzivliyin və sosial məsuliyyətin təmin edilməsi
Hər kəsin futbolla məşğul olmaq, futbol tədbirlərində iştirak etmək imkanlarının əlçatanlığını təmin etmək.
İdman.biz