“Everton”un yeni baş məşqçisi müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Devid Moyes Liverpul təmsilçisinin baş məşqçisi təyin edilib. 61 yaşlı mütəxəssislə 2027-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb. O, istefaya göndərilən Şon Dayçı əvəzləyib.
Şotlandiyalı mütəxəssis 11 il çalışdığı kluba 12 ildən sonra qayıdıb. 2002-13-cü illərdə “Everton”a rəhbərlik edən Moyes karyerası ərzində “Mançester Yunayted” və “Vest Hem”i də çalışdırıb.
Qeyd edək ki, Azərbaycandan “Böyük beşlik” ölkəsinə transfer olunan ilk futbolçu kimi tarixə düşən Araz Abdullayev “Everton”da məhz Moyesin rəhbərliyi altında məşq etsə də, əsas komandada debüt şansı qazanmayıb.
İdman.biz