“Turan Tovuz” Türkiyədə “Paxtakor"a uduzub

Xəbərlər
12 Yanvar 2025 20:14
147
“Turan Tovuz” Türkiyədə “Paxtakor"a uduzub

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ikinci yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, Kurban Berdıyevin komandası Özbəkistanın “Paxtakor” klubu ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 18:00-da başlayan oyunda Qərb təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yanvarın 9-da ilk sınaq oyununu Rumıniyanın “Qloriya” (Buzeu) komandasına qarşı keçirən “Turan Tovuz” 0:2 hesabı ilə uduzub.

Yoxlama oyunu
12 yanvar
18:00. “Turan Tovuz” – “Paxtakor” (Özbəkistan) - 0:2


İdman.biz