Rəşad Sadıqov: “Tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirməliyik”

Xəbərlər
12 Yanvar 2025 21:21
39
Rəşad Sadıqov: “Tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirməliyik”

“Bugünkü oyunda futbolçuların çıxışından razı qaldıq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ” - “Zirə” (4:2) arasında keçirilən yoxlama oyununa münasibət bildirərkən deyib.

Baş məşqçi görüşün maraqlı olduğunu vurğulayıb: “Hər iki komandanın futbolçuları çox istəkli idi. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı oyun oldu. Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var. “Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.

İdman.biz