“Kocelispor”da çıxış etmiş legioner futbolçuların bütün dövrlər üzrə ən yaxşı “11-liy”i açıqlanıb.
İdman.biz xəbər verir ki, bu, Türkiyənin TRT Spor kanalı tərəfindən hazırlanıb.
Siyahıda adı yer alan futbolçular arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var.
Qeyd edək ki, Sadıqov futbolçu kimi 2008-2009-cu il mövsümündə Türkiyə superliqasında yarışan “Kocaelispor”da oynayıb. O, 2020-ci ildə futbolçu karyerasını başa vurub.
İdman.biz