AFFA onu milliləşdirmək istəyir

Xəbərlər
13 Yanvar 2025 15:02
145
AFFA onu milliləşdirmək istəyir

Rusiyanın "SKA-Xabarovsk" klubunun qolkiperi İslam İmamov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, 24 yaşlı qapıçı Premyer Liqamızda yarışan 3 klubun transfer siyahısında yer alıb.

Əslən Azərbaycandan olan İslama Rusiya klublarından da təklif var. Ona görə də, o, hələ ki, gələcək karyerası ilə bağlı yekun qərarını verməyib. 2001-ci il təvəllüdlü futbolçunu AFFA da milliləşdirməyi planlaşdırır.

Onun "SKA-Xabarovsk"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. İslam "Legion-Dinamo”, “Kuban Holdinq”də oynadıqdan sonra 2022-ci il iyulun 1-də keçib.

İdman.biz

Məqalədə: