Hames Rodriges Meksika klubuna keçib

Xəbərlər
14 Yanvar 2025 09:09
108
Hames Rodriges Meksika klubuna keçib

Hames Rodriges Meksikanın “Leon” klubuna keçib.

İdman.biz xəbər verir ki, Kolumbiya millisinin 33 yaşlı yarımmüdafiəçisinin keçidini Şimali Amerika klubunun mətbuat xidməti açıqlayıb.

“Leon” anlaşmanın detallarını açıqlamayıb. Amma tərəflərin 1+1 illik müqavilə imzaladığı iddia olunur.

Kolumbiyalı mövsümə İspaniyanın “Rayo Valyekano" klubunda başlayıb. İspaniya klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilən yarımmüdafiəçi yeni klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, Əvvəllər "Real", "Bavariya" kimi klublarda da çıxış edən Hames “Rayo Valyekano"da 6 oyun keçirib.

İdman.biz