Ronaldo və "Əl-Nəsr" razılığa gəliblər

Xəbərlər
14 Yanvar 2025 09:39
117
Ronaldo və "Əl-Nəsr" razılığa gəliblər

Kriştiano Ronaldo daha bir mövsüm Səudiyyə Ərəbistanında qalacaq.

İdman.biz xəbər verir ki, "Əl-Nəsr" 39 yaşlı hücumçu ilə müqavilənin müddətini 2026-cı ilin iyununa qədər uzatmaq üçün ilkin razılığa gəlib.

Bu barədə jurnalist Mutab Əl-Avad məlumat yayıb.

Ronaldo yeni müqaviləyə əsasən, ilinə 200 milyon avro qazanacaq. Onun həftəlik qazancı, təxminən 3,8 milyon avro olacaq.

Portuqaliyalı futbolçunun Ər-Riyad klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Ronaldo cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 13 oyun keçirib və 11 qol vurub.

İdman.biz