Ötən həftə AFFA-nın inkişaf strategiyasının layihəsi ictimaiyyətə açıqlandı.
İdman.biz sözügedən layihə ilə bağlı Azərbaycanın idman jurnalistləri arasında sorğu keçirib.
Respondetlərin çoxu strategiyanın ölkə futboluna faydalı olacağı qənaətindədir.
Onların demək olar ki, əksəriyyəti “AFFA-nın inkişaf strategiyasının futbolumuza faydalı olacağını düşünürsünüzmü?” sualına “bəli” cavabı verib.
Mahir Rüstəmli (Futbol+) – Bəli
Elnur Salahov (AZƏRTAC) – Bəli
Kənan Hakimov (İTV) – Bəli
Gəray Qiyasov (Real TV) – Bəli
Kənan Məstəliyev – (Rekord.az) - Bəli
Təbriz Quliyev (Report) – Xeyr
Elsevər Məmmədov (Qafqazinfo) – Bəli
Ceyhun Əliyev (Sport24.az) – Bəli
Səbuhi Musa (Prosport.az) – Bəli
Tural Xudiyev (Space Tv) – Bəli
Teymur Maksudov (1news.az) – Bəli
İbrahim Cəfərov (Futbolxəbər.az) – Xeyr
Anar Şabanoğlu (Sports.az) – Bəli
Qeyd edək ki, 70 səhifədən ibarət olan strategiyada 6 strateji istiqamət müəyyən edilib.
Aytac Sahəd
İdman.biz