"Mingəçevir" klubunun məşqçilər korpusu bəlli olub

Xəbərlər
14 Yanvar 2025 18:07
168
"Mingəçevir" klubunun məşqçilər korpusu bəlli olub

"Neftçi"nin keçmiş mentoru, bir müddət əvvəl "Mingəçevir" futbol klubunun baş məşqçisi təyin olunmuş Füzuli Məmmədov yeni komandasında köməkçiləri ilə bağlı qərar verib.

İdman.biz Oxu.Az-a istinadən xəbər verir ki, bunlar Rauf Mehdiyev, Rafael Əmirbəyov və Mehman Yunusovdur.

"Mingəçevir" hazırda cəmi altı xalla I Liqa cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz