“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
İdman.biz xəbər verir ki, paytaxt klubulu yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə müqavilə imzlayıb.
Tərəflər arasında razılaşma 5 ay + 2 il şərti ilə nəzərdə tutulub. 24 yaşlı futbolçu ilə “Neftçi”də 18 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.
İdman.biz