PSJ-nin futbolçusu Rendal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək.
İdman.biz xəbər verir ki, fransalı hücumçu “Yuventus”a icarəyə verilib.
İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Anlaşmada onun sonradan transferi ilə bağlı bənd yer almayıb. Bu həftə İtaliyaya yollanacaq hücumçu tibbi müayinədən sonra komandaya qoşulacaq.
Qeyd edək ki, cari mövsümdə 14 oyuna çıxan Kolo Muani 2 qol və 1 assistə imza atıb.
İdman.biz