“Çelsi” futbolçusu Trevo Çaloba ilə bağlı yeni qərar verib.
İdman.biz xəbər verir ki, “Kristal Pelas”da icarədə olan müdafiəçi geri çağırılıb.
“Çelsi” rəhbərliyi Çalobanın icarə müddəti bitmədən komandaya qayıtmasını istəyib. O, mövsümün sonuna qədər “Kristal Pelas”da qalmalı olsa da, “zadəganlar” müdafiəçiyə ehtiyac yarandığı qənaətinə gəlib.
Qeyd edək ki, Trevo icarə müddətində keçirdiyi 14 matçda 3 qol vurub.
İdman.biz