Nigeriyalı futbolçu "İmişli"də

Xəbərlər
15 Yanvar 2025 22:35
167
Nigeriyalı futbolçu "İmişli"də

"Sabah"ın futbolçusu Oluvaseun Timilehin karyerasını "İmişli"də davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı hücumçu "İmişli"də mövsüm sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, nigeriyalı futbolçu 2023-cü ildən "Sabah"ın heyətinə cəlb olunub.

İdman.biz