Braziliyada Rio-de-Janeyro ştatının çempionatında gözəl qol vurulub.
İdman.biz xəbər verir ki, hadisə "Volta" - "Fluminense" qarşılaşmasında qeydə alınıb.
Oyundaşının başı üzərindən "qayçı" zərbəsi ilə ötürməsini qəbul edən "Volta"nın hücumçusu Mirandinha 88-ci dəqiqədə topu başı üzərindən "qayçı" zərbəsi ilə rəqib qapısından keçirib - bu qol oyunda yeganə olub.
Qeyd edək ki, keçmiş "Qarabağ"lı Juninyonun yeni komandası "Flamenqo" da Rio-de-Janeyro ştatının çempionatında çıxış edir.
İdman.biz