“Turan Tovuz”un idarə heyətinin rəhbəri Ehtiram Quliyev maraqlı açıqlama verib.
İdman.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Azər İsmayılın yutub kanalına danışan klub rəhbəri baş məşqçi Kurban Berdıyevdən söz açıb.
O, çalışdırıcının Tovuz təmsilçisi ilə razılaşdığı anlardan və hazırda etdiklərindən danışıb: “Kurban Berdıyev bizlə maaş söhbəti etmədi. Biz onun agentinə müqavilə bağlamaq üçün bir məbləğ demişdik. Agent isə ona zəng edib azərbaycanlılar bu qədər deyirlər, bəlkə məbləği bir az qaldıraq.
O isə cavabında bildirdi ki, klub bunu deyirsə, deməli buna gücü çatır, ayıbdır. İnanın ki, hazırda aldığı pulun bir hissəsini də klubun ehtiyaclarına xərcləyir. Nə qədər mane olmsaq istəsək də, bildiyini edir”.
İdman.biz