“Real”da itki: Kamavinqa zədələnib

Xəbərlər
17 Yanvar 2025 15:15
105
“Real”da itki: Kamavinqa zədələnib

“Real”ın futbolçusu Eduardo Kamavinqa zədələnib.

İdman.biz xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

22 yaşlı fransalı yarımmüdafiəçinin müayinələrindən sonra budunun arxa hissəsində xəsarət aşkarlanıb. Kamavinqanın meydana dönəcəyi tarix müəyyənləşməyib.

Qeyd edək ki, futbolçu cari mövsümün 16 matçında 1 qol vurub.

İdman.biz