Millinin baş məşqçisi istefaya göndərilib

Xəbərlər
17 Yanvar 2025 17:30
42
Millinin baş məşqçisi istefaya göndərilib

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib.

İdman.biz xəbər verir ki, bunu Belçika Kral Futbol Assosiasiyasının (KBVB) mətbuat xidməti açıqlayıb.

Qurum rəhbərliyi millinin uğursuzluqları üzündən 39 yaşlı mütəxəssislə vidalaşmağa qərar verib. Belçika yığması AVRO-2024 və Millətlər Liqasında istənilən nəticələri qazana bilməyib. Assosiasiya baş məşqçi postuna axtarışlar davam etdirir.

Qeyd edək ki, Tedesko 2023-cü ilin fevralından yığmanı çalışdırırdı. Belçika millisi AVRO-2024-də 1/8 finalda uduzub, Millətlər Liqasında qrup üçüncüsü olub.

İdman.biz

Məqalədə: