Nuri Şahin qalır?

Xəbərlər
18 Yanvar 2025 14:38
45
Nuri Şahin qalır?

"Nuri Şahinə güvənirik".

İdman.biz xəbər verir ki, bunu Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kehl klubun baş məşqçisinin mümkün istefası barədə danışarkən deyib.

Nuri Şahinin komandası "Ayntraxt"a 0:2 hesabı ilə uduzaraq 2025-ci ildə keçirdiyi üçüncü matçında da məğlub olub.

36 yaşlı türkiyəli məşqçi klub rəhbərliyinin dəstəyi ilə bağlı belə deyib:
"Arqumentlər performans və nəticələrdir. Hər üç gündən bir vəzifədə olduğumu təsdiqləməyə ehtiyacım yoxdur. Vəziyyəti hamımız bilirik. Ya özünüzdən şübhə edə bilərsiniz, ya da bu acınacaqlı vəziyyəti qəbul edib öz mövqeyinizdə dayana bilərsiniz. Məşqçi kimi burada olduğum son günə qədər başqa heç nə istəməyəcəyəm”.

Qeyd edək ki, mövsümə məğlubiyyətsiz beş oyunla başlayan "Borussiya" hazırda Bundesliqada 10-cu pillədədir.

İdman.biz