"Kəpəz" növbəti keçidini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə 6 ay+1 il müddətinə müqavilə imzalanıb. 24 yaşlı futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Onun son klubu “İstiklol” olub.
Qeyd edək ki, Şervoni ölkə yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.
İdman.biz