Azəbaycan yığmasının futbolçusu Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" "Erzurumspor"un qonağı olub.
20-ci tur çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan Diniyev 78-ci dəqiqədə əvəzlənib. Bandırma təmsilçisi hər iki qolu Coşqun meydanı tərk etdikdən sonra buraxıb.
Qeyd edək ki, "Bandırmaspor"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. Bu görüşlərdə iki dəfə uduzan komanda 34 xalla 3-cü pillədə qərarlaşıb.
İdman.biz