"Rəqibi üstələdiyimiz məqam təmkinli olmağımız oldu. Bundan başqa müdafiədə səhvlər etməməyimizi deyərdim".
İdman.biz xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Cavid Hüseynov "Sumqayıt"la oyundan sonra deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 19-cu turunda səfərdə qazanlkan 2:0 hesablı qələbəni şərh edib: "Qış təlim-məşq toplanışından sonra ilk oyunumuz idi. Çempionatda yerimiz çox təhlükəlidir. Bizə ümid verən oyun, komanda, futbolçular var. Qış fasiləsindən maksimum yararlanmağa çalışdıq. Şükürlər olsun ki, bu gün meydandan qələbə ilə ayrıla bildik. Maliyyə ilə bağlı sıxıntılarımız var. Bir neçə oyunçu da transfer etmək istəyərdik. Nə dərəcədə mümkün olacağını deyə bilmərəm. Amma güclənməyə ehtiyac var. Bütün oyunlarda qapıda Hüseynəli Quliyev dayanıb. "Araz-Naxçıvan"la yoxlama oyununda Əlirzaya da şans verdik. Hər futbolçu şans qazanmalıdır. O da əlinə düşən şansı doğrultdu. Bütün futbolçulara inanırıq".
Qeyd edək ki, xalını 12-yə yüksəldən "Səbail" sonuncu pilləni tərk edib.
İdman.biz