Ölkə çempionatlarında ən erkən start

Xəbərlər
19 Yanvar 2025 11:11
121
Ölkə çempionatlarında ən erkən start

Misli Premyer Liqasının 2024/25 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb.

İdman.biz xəbər verir ki, bu, ölkə çempionatlarında ilin ən erkən startıdır.

Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.

Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/21 mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.

İdman.biz