Fitə basılan Messinin azarkeşlərə CAVABI - VİDEO

Xəbərlər
19 Yanvar 2025 20:57
107
Fitə basılan Messinin azarkeşlərə CAVABI - VİDEO

"İnter Mayami"nin heyətində Meksikada yoldaşlıq görüşündə qol vuran Lionel Messi yerli azarkeşlər tərəfindən fitə basılıb.

İdman.biz xəbər verir ki, cavab olaraq tribunalara tərəf çevrilən Leo dünya çempionatlarında Meksikanın 0, Argentinanın isə 3 çempionluğunun olduğunu barmaqları ilə göstərib.

Qeyd edək ki, "Amerika" - "İnter Mayami" qarşılaşması 2:2 hesabı ilə bitsə də, penaltilər seriyasında ABŞ klubu qalib gəlib - 3:2.

İdman.biz