“Real”dan mütləq rekord, “Atletiko” “Top-5”də

Xəbərlər
20 Yanvar 2025 08:57
144
“Real”dan mütləq rekord, “Atletiko” “Top-5”də

İspaniya klublarının ən uzun qələbə seriyaları açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahını İFFHS tərtib edib.

Mütləq rekord “Real”a məxsusdur. Madrid klubu 2014-cü ildə ardıcıl 22 qələbə qazanıb.

Seriyası həftəsonu qırılan “Atletiko” da “Top-5”də yer alıb. “Beşlik”də “Real”ın üç, “Barselona” ilə “Atletiko”nun bir seriyası var.

1. “Real” – 22 (2014)
2. “Barselona” – 18 (2005-06)
3-5. “Real” – 15 (1960-61)
“Real” – 15 (2011)
“Atletiko” – 15 (2024-25)

İdman.biz