“Qarabağ”ın rəqibində daha bir itki

Xəbərlər
20 Yanvar 2025 12:03
51
“Qarabağ”ın rəqibində daha bir itki

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan FCSB-nın zədəli futbolçularının durumu bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Rumıniya klubunun idman direktoru Mihay Stoyka açıqlayıb.

O bildirib ki, Antalya toplanışında zədələndiyi üçün 3 ay meydanlardan kənar qalacaq Darius Olaruya daha bir futbolçu qoşulub. Klub rəsmisi Oktavian Popeskunu da itirdiklərini qeyd edib: “Oktavian azı 2 ay oynamayacaq. Düzdür, zədə ilk baxışdan ciddi görünmür. Amma risk etmək istəmirik. Onun yaxşı formada tam hazır qayıtmasını istəyirik. Onun mövqeyində Aleksandru Musi, Mihay Toma və Aleksandru Stoyan oynaya bilər".

Qeyd edək ki, “Qarabağ” – FCSB oyunu yanvarın 23-də keçiriləcək.

İdman.biz