“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santosun Futbolxeber.az saytına müsahibəsi
- İlin ilk rəsmi matçında “Zirə”yə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyəti necə şərh edərdiniz?
- Çətin oyun oldu. Qapımızda erkən qol gördük. Məncə, biz bu matçı yaxşı keçirdik. Təəssüf ki, qol vura bilmədik. Halbuki şanslarımız var idi. Artıq bu oyunu unutmalı, qarşıdakı matçları düşünməliyik.
- Qeyd etdiniz ki, matçı yaxşı keçirdiniz. Lakin 90 dəqiqə ərzində “Zirə”nin qapısı qarşısında bir real qol epizodu belə yaratmadınız...
- Xeyr, ilk hissədə 2-3 qol epizodumuz var idi. “Zirə”nin də elə də çox şansı olmadı. Onlar əsasən müdafiədən oynayırdılar. Matçın sonlarında, 75-ci dəqiqədən sonra ümumiyyətlə rəqibi qapısına doğru sıxışdırmışdıq. Təəssüf ki, heç cür istəyimizə çata bilmədik. Yekunda da meydanı xalsız tərk etdik.
- 3 tur əvvələ kimi liderlə aranızda xal fərqini çox az idi. Hətta “Araz-Naxçıvan”ın “Qarabağ”la çempionluq uğrunda mübarizə aparacağını ehtimal edənər də vardı. Ola bilərmi ki, bu məqam bəzi futbolçularda arxayınçılıq yaradıb?
- Düşünmürəm. Aryaxınçılıqdan söhbət gedə bilmz. Bəli, son 3 matçı uduzmuşuq. Amma heç bir komanda hər zaman 100 faizli nəticə göstərə bilməz. Yenə də şansımız olacaq.
- Ardıcıl üç məğlubiyyət komandada psixoloji təzyiq yaratmayacaq?
- Uduzmaq heç də xoş deyil. Məğlubiyyəti qəbullanmaq çətindir. Lakin komandamızda peşəkar futbolçular cəmləşib. Ona görə də düşünürəm ki, situasiyanı tezliklə dəyişəcəyik.
- Birinci hissədə “Zirə”nin kapitanı Qismət Alıyevlə aranızda mübahisə baş verdi. Nəyi bölüşdürə bilmirdiniz?
- Elə bir ciddi problem deyildi. Oyun zamanı belə hallar olur. Həmişə “Zirə”yə qol vurduğum üçün onun məndən xoşu gəlmir.
- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Yenə də bizi çətin oyun gözləyir. Düşünürəm ki, hal-hazırda “Neftçi”dən daha yaxşı vəziyyətdəyik. Həmin matça çox ciddi hazırlaşacağıq. Final matçı kimi oynayacağıq.
İdman.biz