İspaniya kubokunda 1/4 final cütləri müəyyənləşib

Xəbərlər
20 Yanvar 2025 16:51
60
İspaniya kubokunda 1/4 final cütləri müəyyənləşib

İspaniya kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, 1/8 final səddini adlayan komandalar 4 cüt təşkil edib.

“Real” bu raundda “Leqanes”lə görüşəcək. “Barselona” isə yarımfinala vəsiqə üçün “Valensiya” ilə mübarizə aparacaq. Digər cütlərdə “Real Sosyedad”la “Osasuna”, “Atletiko” ilə “Xetafe” üz-üzə gələcək.

İspaniya kuboku
1/4 final

“Real Sosyedad” – “Osasuna”
“Leqanes” – “Real”
“Atletiko” – “Xetafe”
“Valensiya” – “Barselona”

Qeyd edək ki, mərhələnin matçları fevralın 4-6-da keçiriləcək.

İdman.biz