“Qalib gəlmək üçün meydanda çox yaxşı iş gördük”.
Idman.biz xəbər verir ki, bunu Azərtac.az-a açıqlamasında “Kəpəz”in kapitanı futbolçusu Yeqor Xvalko deyib.
O, Misli Premyer Liqasının XIX turunda “Turan Tovuz” üzərində qazanılan 5:2 hesablı qələbəyə münasibət bildirib: “Meydanda döyüşkən mübarizə apardıq. Komandamın bir qoluna da mən imza atdım. Hücum xəttində hər şeyi düzgün etdik. Təəssüf ki, hazırda göstərdiyimiz oyunu mövsümün əvvəlində nümayiş etdirə bilmədik. “Kəpəz” meydanda kimin olmasından asılı olmayaraq, çətin anlarda xarakter göstərən komandadır. Futbolçularda özünəinam yüksək səviyyədədir. Biz böyük səylər nəticəsində komandamızı çətin vəziyyətdən xilas etdik”.
27 yaşlı belaruslu müdafiəçi Gəncə təmsilçisinin Premyer Liqada qalmaq şansını dəyərləndirib: “Düşünürəm ki, liqada qalmaq üçün 55 faiz şansımız var. Çünki sonuncu pillədə olan rəqibimiz “Səbail”i iki xal qabaqlayırıq. Bu nəticə sonradan pis və ya yaxşıya doğru dəyişə bilər. İndi bu suala cavab verə bilmərəm. Bəlkə klub mənimlə əməkdaşlığa davam etmək istəmədi. Hər şey mövsümün ikinci yarısındakı performansımdan asılı olacaq”.
Qeyd edək ki, “Kəpəz” 14 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
İdman.biz