Qazaxıstan millisinin qapıçısı “Sabah”da

Xəbərlər
21 Yanvar 2025 10:04
86
Qazaxıstan millisinin qapıçısı “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

İdman.biz