“Qarabağ” – FCSB oyununun hakimləri açıqlanıb

Xəbərlər
21 Yanvar 2025 13:25
74
“Qarabağ” – FCSB oyununun hakimləri açıqlanıb

Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək “Qarabağ” – FCSB oyununun hakimləri bəlli olub.

İdman.biz xəbər verir ki, yanvarın 23-də keçiriləcək matça Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Bakıda baş tutacaq görüşün baş hakimi Filip Qlova olacaq. Ona Daniel Polaçek və Peter Bednar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.

Oyunda VAR Mihal Oçenaş, AVAR Martin Dohal olacaq. Matçda Martin Hansson (İsveç) hakim-inspektor, Natalya Vorobyova (Belarus) UEFA nümayəndəsi kimi iştirak edəcək.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.

İdman.biz

Məqalədə: