"Sumqayıt" heyətini Momo Yansane ilə gücləndirib.
İdman.biz xəbət verir ki, qvineyalı futbolçu ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.
27 yaşlı hücumçunun çıxış etdiyi son klub "Torpedo" (Kutaisi) olub. Yanase "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Momo əvvəllər "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.
İdman.biz