Çempionlar Liqasının “Benfika” – “Barselona” oyunu qol şousu ilə əlamətdar olub.
İdman.biz xəbər verir ki, İFFHS Liqa mərhələsinin VII turunun 9 qollu oyunundakı çoxsaylı məqamların siyahısını hazırlayıb.
* Bu, Çempionlar Liqası tarixində 5:4 hesabı ilə bitən ilk oyundur.
* Avrokuboklar tarixində 2-ci dəfə qonaq komanda 5:4 hesablı qələbə qazanıb. Bunadək bir belə matç olub:
24.08.2008. UEFA kuboku. “Valletta” – “Riyeka” – 4:5
* Bu, “Barsa”nın bütün rəsmi yarışlarda səfərdə qazandığı 4-cü 5:4 hesablı qələbəsidir. Bunadək üç belə nəticə qeydə alınıb:
1923. Kataloniya Regional çempionatı. “Avropa” – “Barsa” – 4:5
1963. La Liqa. “Levante” – “Barsa” – 4:5
2012. La Liqa. “Deportivo” – “Barsa” – 4:5
* Çempionlar Liqasında ikinci dəfə 4 qol buraxan komanda qalib gəlib. Bunadək 1 belə hadisə yaşanıb:
22.11.2016. “Borussiya” D – “Legiya” – 8:4
* “Barselona” ilk dəfə Çempionlar Liqasında iki top fərqi ilə uduzduğu matçda qalib gəlib (1:3, sonra 2:4).
* “Barselona” Çempionlar Liqası tarixində 75-ci dəqiqəyə qədər 2 top fərqi ilə uduzan, amma sonda qalib gələn ilk qonaq komandadır.
* “Barselona” Lissabonda “Estadio da Luj”da keçirdiyi son 3 oyunda 15 (!) qol buraxıb. Bunadək keçirilən 2 görüşlə birlikdə.
14.08.2020. “Barselona” – “Bavariya” – 2:8
29.09.2021. “Benfika” – “Barselona” – 3:0
* “Barselona” tarixində 2-ci dəfə Çempionlar Liqasının qrup və ya liqa mərhələsinin bir matçında 4 qol buraxıb. 5 noyabr 1997-ci ildə Kiyev "Dinamo"suna 0:4 hesablı məğlubiyyət qeydə alınıb.
* “Barselona” 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının ardıcıl altı oyununda qalib gəlib.
* “Barselona” bu 6 oyunun hər birində “3+” qol vurub. Bu, ÇL tarixində 3-cü belə seriyadır.
“Bavariya” 2019-20-ci illərdə hər birində “3+” qol vurduğu 6 oyunu da “Barselona”nın indiki baş məşqçisi Hansi Flikin rəhbərliyi altında keçirib. Rekorda sahib “Mançester Siti” 2023-24-cü illərdə “3+” qollu ardıcıl 9 oyun keçirib.
* Hansi Flik “Bavariya” və “Barselona” ilə Çempionlar Liqasında baş məşqçi kimi keçirdiyi matçların 88%-ni qazanıb (24 oyundan 21-i). Bu, ən az 10 matç keçirmiş məşqçilər arasında ən yüksək qalibiyyət faizidir.
* “Benfika”nın futbolçusu Vangelis Pavlidis 36 dəqiqəyə üç qol vurub. Bu, Çempionlar Liqasında matçın əvvəlində ən erkən 3-cü het-trikdir. Robert Levandovski 2022-ci ildə “Bavariya”nın “Zalsburq”la görüşündə 23 dəqiqəyə, Marko Simone 1996-cı ildə “Milan”la “Rusenborq”un matçında 24 dəqiqəyə 3 qol vurub.
* Pavlidis “Barselona”ya oyunun ilk yarımsaatında 3 qol vuran ikinci oyunçudur. 2 dekabr 2000-ci ildə “Selta”nın futbolçusu Katanya La Liqanın matçında ilk 26 dəqiqədə 3 qol vurub. Həmin oyun 3:3 bərabərliklə başa çatıb.
* Pavlidis Çempionlar Liqasında "Barselona"ya qarşı het-trik edən 4-cü oyunçudur. Onadək üç belə hadisə yaşanıb:
Faustino Asprilya (1997-ci ildə “Nyukasl”da)
Andrey Şevçenko (1997-ci ildə "Milan"da)
Kilian Mbappe (2021-ci ildə PSJ-də)
* Daha üç oyunçu Çempionlar Liqasından əvvəl və ya digər Avropa yarışlarında “Barselona”ya qarşı het-trik edib:
Visente Quillot 1962-ci ildə “Valensiya” ilə Yarmarkalar kuboku
Toni Kurbos 1984-cü ildə “Mets” ilə Kuboklar kuboku
Juari 1985-ci ildə “Porto” ilə Çempionlar kuboku
* Pavlidis Çempionlar Liqasında het-trik etdikdən sonra komandası məğlub olan 5-ci oyunçudur:
Ronaldo “Real”la səfərdə “Mançester Yunayted”ə (2003)
Qaret Beyl "Tottenhem"lə səfərdə "Milan"a (2010),
İrfan Kahveci "Başakşəhər"lə evdə “Leypsiq”'ə (2020),
Kristofer Nkunku “Leypsiq”lə səfərdə “Mançester Siti”yə (2021)
* Pavlidis “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçi xatırladıb. O, 12 mart 1997-ci ildə “Atletiko”nun heyətində “Barsa” ilə İspaniya kubokunun oyununun ilk 31 dəqiqəsində 3 qol vursa, sonradan hətta 4-cü dəfə rəqibi məyus etsə də, komandası 4:5 hesabı ilə uduzub.
* Pavlidis ilk qolunu start fitindən 1 dəqiqə 48 saniyə sonra vurub. Bu, “Benfika”nın Çempionlar Liqasında ikinci ən erkən qoludur. Nikolas Qayta 2015-ci ildə “Qalatasaray”ı 1 dəqiqə 6 saniyəyə məyus edib.
* Dubl müəllifi olan Raphinyanın ilk qolu Çempionlar Liqası tarixində cərimə meydanı xaricindən başla vurulan 3-cü topdur. Antonio Kassano 2 oktyabr 2002-ci ildə “Roma”nın “Genk”ə qarşı, Rojer Kanas 8 dekabr 2015-ci ildə “Astana”nın “Qalatasaray”la matçında bunu bacarıb.
* “Barsa” Çempionlar Liqasının səfər matçında sonuncu dəfə 1998-ci ildə “Mançester Yunayted”ə qarşı görüşdə 2 penalti qazanmışdı.
*Robert Levandovski Çempionlar Liqasında penaltidən 18 və 19-cu qollarını vuraraq Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.
Qeyd edək ki, “Barselona” səfərdə 5:4 hesablı qələbə qazanıb.
İdman.biz