Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi postundan istefaya göndərilib.
İdman.biz xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.
Türkiyəli mütəxəssislə bağlı qərar Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunundan sonra verilib. “Bolonya”ya 1:2 hesablı məğlubiyyət Şahinin postunda son görüşü olub.
Qeyd edək ki, “Borussiya” son 25 ildə ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.
İdman.biz