Türkiyə millisinin sabiq futbolçusu Fatih Tekke 21 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olacaq.
İdman.biz Sportlife.az-a istinadən xəbər verir ki, Bakıya danışıqlar üçün gələn 47 yaşlı mütəxəssis yığmanın “sükanı arxasına” keçməyə razılıq verib.
Bir neçə gün öncə Fatih Tekke Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı-məşqçisi Metin Aktaş ilə birgə Azərbaycanda səfərdə olublar.
İdman.biz