Çempionlar Liqasında günün HESABATI

Xəbərlər
22 Yanvar 2025 15:13
49
Çempionlar Liqasında günün HESABATI

Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun ilk günü statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS qeydə alınan ilklər, rekordlar və maraqlı faktlarla bağlı hesabat təqdim edib.

* "Liverpul" və "Barselona" 1/8 finala vəsiqə qazanan ilk iki komanda olub.

* "Liverpul" "Lill"ə 2:1 hesabı ilə qalib gəlib. Fransa klubları Çempionlar Liqasında İngiltərə komandalarına qarşı keçirdikləri son 10 səfər oyununun hamısında məğlub olub.

* “Lill” 17 sentyabr 2024-cü ildə “Sportinq”ə uduzduqdan sonra ilk dəfə rəsmi oyununda məğlub olub və 21 matçlıq seriyası qırılıb.

* Məhəmməd Salah “Enfild”də “Liverpul”un forması ilə Çempionlar Liqasında vurduğu qolların sayını 20-yə çatdırıb. İngiltərə komandası üçün yalnız 2 oyunçusu ÇL-də eyni stadionda daha çox qol vurub:
Ruud van Nistelroy (“Mançester Yunayted”, “Old Trafford”da 23),
Serxio Agüero (“Mançester Siti”, “Etihad”da, 23).

* Conatan Davidin qolu “Liverpul”un Çempionlar Liqası matçında say üstünlüyü ilə buraxdığı ilk topdur.

* Conatan David 2000/01 mövsümündə “Anderlext” forması geyinən Tomas Radzinskidən sonra Çempionlar Liqası mövsümündə 5 qol vuran 2-ci kanadalı oyunçudur.

* “Atletiko”nun “Bayer”ə 2:1 hesabı ilə qalib gəldiyi matçda dubla imza atan Xulian Alvaresin ilk qolu komandasının ÇL tarixində azlıqda vurduğu 1-ci topdur.

* Alvaresin ikinci qolu “Atletiko”nun cari mövsümdə 9-cu matçıdır ki, qələbə topu 90-cı və uzatma dəqiqələrində vurulub.

* Bu, həm də “Atletiko”nun mövsüm ərzində bütün yarışlarda qazandığı 8-ci əzmkar qələbədir.

* “Monako” “Aston Villa” matçında (1:0) qol vuran Vilfrid Sinqo son 57 ildə yanvarda Çempionlar Liqası qolu vuran ilk futbolçudur. Sonuncu dəfə 1968-ci il yanvarın 31-də "Yuventus"un "Ayntraxt”la (Braunşveyq) görüşündə italiyalı Covanni Sakko buna nail olub.

* “Brügge” – “Yuventus” qarşılaşması (0:0) 23 oktyabr 2012-ci ildən sonra çərçivəyə yalnız bir zərbə vurulan ilk Çempionlar Liqası matçıdır. Həmin vaxt “Lill”lə “Bavariya”nın oyununda belə hadisə yaşanıb.

* “Bolonya” – “Borussiya”ya (Dortmund) 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

* “Bolonya” sonuncu dəfə UEFA yarışında 7 avqust 2002-ci ildə qalib gəlib. Həmin vaxt İntertoto kubokunun yarımfinalında “Teplitse” 3:1 hesabı ilə məğlub edilib.

* “Srvena Zvezda” - PSV oyununda (2:3) qonaqlar küncdən zərbələrdən 3 qol vurub. Bu, Çempionlar Liqasının XXI əsrdəki matçlarında 5-ci belə hadisədir. 2007-ci ildə “Milan”, 2013-cü ildə PSJ, 2017 və 2023-cü illərdə “Mançester Siti” bunu bacarıb.

* PSV 1978-ci ilin sentyabrından sonra Çempionlar Liqası/Çempionlar kuboku matçında ən erkən 2:0 üstünlüyünü 23 dəqiqəyə əldə edib. 1978-ci ildə “Fənərbaxça”ya qarşı 22 dəqiqədən sonra eyni üstünlük qazanılıb.

* “Slovan” – “Ştutqart” görüşündə (1:3) fərqlənən Ceymi Lyuelinq 2007-ci ildə Mario Qomesin "Lion"la oyunda qol vurmasından sonra "Almaniya klubunun Çempionlar Liqasında qol vuran ikinci oyunçusudur. Bu, həm də onun “Ştutqart” forması geyindiyi ilk oyundur.

* "Atalanta"nın "Şturm" üzərində qələbəsində (5:0) pay sahibi olan Şarl De Ketelaere Çempionlar Liqasının bir mövsümündə “qol+assist” sayında ən çox xal yığan belçikalı olub. O, 7 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə rekordu 9-a çatdırıb. Bunadək rekord 2022/23 mövsümündə “Mançester Siti”də 2 qol və 6 assistə imza atan Kevin de Bruyneni keçib.

* “Atalanta” Çempionlar Liqası matçında 5 fərqli futbolçusu qol vuran 5-ci İtaliya komandasıdır. 2003-cü ildə “Yuventus” (“Olimpiakos”la), 2004-cü ildə "İnter" (“Valensiya” ilə), 2009-cu ildə “Fiorentina” (“Debretsen”lə), 2022-ci ildə “Napoli” (“Ayaks”la) bunu bacarıb.

İdman.biz

Məqalədə: