19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti və hazırlıq planı bəlli olub.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.
Millimiz hazırlıq zamanı fevralın 2-də və 5-də Belarusun U-19 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Təlim-məşq toplanışına 18 futbolçu dəvət olunub.
N |
Ad/Soyad |
Klub |
1 |
Mehriban Şahməmmədova |
Neftçi |
2 |
Güləsər İsmailova |
Gömrükçü |
3 |
Aydan Əkbərova |
Baku Juniors |
4 |
Aysel Ziyadova |
Qəbələ |
5 |
Ülviyyə İslamova |
İnter Xaçmaz |
6 |
Pərişan Abdullayeva |
Baku Juniors |
7 |
Səma Həsənli |
Qəbələ |
8 |
Vahidə Əlipaşayeva |
Baku Juniors |
9 |
Fatimə Əhmədova |
Baku Juniors |
10 |
Aydan Həsənova |
Neftçi |
11 |
Məsumə Nəzərli |
Neftçi |
12 |
Röya Əliyeva |
Baku Juniors |
13 |
Mədinə Curuqova |
Sabah |
14 |
Mədinə Qadimaliyeva |
Sumqayıt |
15 |
Aysu Murtuzayeva |
Neftçi |
16 |
Aysel Cumayeva |
Balxurma |
17 |
Lalə Abbaszadə |
Neftçi |
18 |
Günel Muradova |
Qəbələ |
İdman.biz