"Seltik"dən 38 yaşlı qapıçı ilə yeni müqavilə

Xəbərlər
22 Yanvar 2025 17:19
41
"Seltik"dən 38 yaşlı qapıçı ilə yeni müqavilə

"Seltik" 38 yaşlı qapıçısı Kasper Şmeyxel ilə müqavilənin müddətini 2026-cı ilə kimi uzadıb.

İdman.biz xəbər verir ki, danimarkalı qolkiper 2024-cü ilin yayından Şotlandiya klubunda çıxış edir.

Şmeyxel bu mövsüm, Çempionlar Liqasında altı oyun da daxil olmaqla, ümumilikdə 34 matçda iştirak edib.

Hazırda Şotlandiya Premyer Liqasının lideri olan "Seltik" Çempionlar Liqasında 6 oyundan 9 xalla 23-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Şmeyxel 11 mövsüm "Lester"in qapısını qoruduqdan sonra "Nitsa" və "Anderlext" komandalarında çıxış edib.

İdman.biz

Məqalədə: