“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Emin Zamanovla vidalaşıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin yanvarından Şamaxının eyniadlı klubunda çıxış edən Zamanov ötən mövsüm I Liqa çempionluğu yaşayıb, ümumilikdə 18 qola imza atıb.
İdman.biz