Omar Marmuşun "Mançester Siti"yə keçidi rəsmiləşib.
İdman.biz xəbər verir ki, "şəhərlilər" həmçinin misirli futbolçuya görə 75 milyon avro məbləğində transfer haqqı ödəyəcəkləri barədə onun klubu "Ayntraxt"la da müqavilə imzalayıblar.
Marmuş "Mançester Siti"də 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, o, 2023-cü ildən Frankfurt klubunda ümumilikdə 67 oyunda 37 qol vurub.
İdman.biz