“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik

Xəbərlər
23 Yanvar 2025 17:57
121
“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik

Avropa Liqası Liqa mərhələsinin 7-ci turunda FCSB-ni qəbul edəcək "Qarabağ"ın ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni"nin iş rejimində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, buna klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması səbəb olub.

Bakı metropoliteni yanvarın 24-ə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: