Fabian Buntiç: "FCSB xırda səhvləri qola çevirə bildi”

Xəbərlər
24 Yanvar 2025 02:17
163
Fabian Buntiç: "FCSB xırda səhvləri qola çevirə bildi”

“Rəqib standart vəziyyətlərdən yaxşı istifadə edə bildi”.

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Fabian Buntiç Avropa Liqasında FCSB (Rumıniya) ilə matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyalı qolkiperin sözlərinə görə, komandasının məğlubiyyətində bəxt amilinin böyük rolu var: “Oyuna yaxşı başlamışdıq. Təəssüflər olsun ki, standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə topu nəzarətdə saxlasaq da, bəxtimiz gətirmədi”.

Buntiç komandanı tərk edən Juninyo, şəxsi səbəblər üzündən Benzianın olmamasının oyuna təsirindən də danışıb: “Sözsüz ki, onların oynamasını istərdik. Ancaq bu gün gördük ki, Juninyo və Benzia olmadan da komanda yaxşı oynaya bilir. Əslində, bu matçda biz qələbəyə daha yaxın idik, nəinki rəqib komanda. Sadəcə FCSB xırda səhvləri qola çevirə bildi”.

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı qonaqların 3:2 hesablı qələbəsi ilə bitib.

Aytac Sahəd
İdman.biz