FCSB-nin futbolçusundan “Neftçi”yə transferi barədə xəbərlərə MÜNASİBƏT – MÜSAHİBƏ

Müsahibə
24 Yanvar 2025 09:39
237
FCSB-nin futbolçusundan “Neftçi”yə transferi barədə xəbərlərə MÜNASİBƏT – MÜSAHİBƏ

Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FCSB matçından (2:3) sonra qonaqların müdafiəçisi Siyabonqa Nqezananın apasport.az saytına müsahibəsi

- Oyunla bağlı düşüncələrin necədir? Çıxışınızdan razı qaldın?

- Çox güclü komandaya qarşı oynadıq. Bu cür klublarla görüşlər hər zaman ağır keçir. Liqadakı mövqeyimizi yaxşılaşdırmaq üçün qələbə mütləq idi. Bakıya 3 xal üçün gəlmişdik. Səfərdə oynamaq bizə əlavə çətinlik yaratdı. Buna baxmayaraq, qalib gəlməyi bacardıq.

- Səncə, hesab oyuna görə oldu?

- Futbolda hər şey mümkündür. Qalib də gələ bilərsən, uduza da. Amma təbii ki, qələbə daha önəmli idi. Matça çox istəkli çıxmışdıq. Elə bir görüş oldu ki, heç-heçə də qeydə alına bilərdi. Düşünürəm ki, hesab oyuna görə oldu.

- “Qarabağ” barədə fikirlərin necədir?

- “Qarabağ” çox güclü komanda, yaxşı rəqibdir. Onlara qarşı oynamaq çətindir. İlk hissədə bizə çox çətinlik yaşatdılar. Amma özümüzə inanırdıq. Gözəl matç alındı.

- “Neftçi”nin transfer siyahısında olduğun söylənilir. Bu mövzu haqda nə deyə bilərsən?

- Bəli, bu barədə məlumatlıyam. Demək sizin də xəbəriniz var. Amma dediyiniz kimi, rəsmi heç nə yoxdur. Bu barədə söz-söhbətlər gəzir. Lakin “Neftçi” mənimlə əlaqəyə keçməyib. Bu səbəbdən konkret nəsə deyə bilmərəm.

- Bakını bəyəndin? Şəhərimizlə bağlı təəssüratların necədir?

- İlk dəfədir Bakıya gəlirdim. Şəhərinizi çox bəyəndim. Burdan xoş təəssüratlarla ayrılıram. İnsanlar, şəhərin arxitekturası xoşuma gəldi.

İdman.biz