“Qarabağ”ın qonaqları “meydan sulayanda”: Yaxşı ki, “Linkoln” var - ARAŞDIRMA

Təhlil
24 Yanvar 2025 11:21
601
“Qarabağ”ın qonaqları “meydan sulayanda”: Yaxşı ki, “Linkoln” var - ARAŞDIRMA

“Qarabağ” avrokuboklarda ardıcıl 6-cı ev məğlubiyyətini alıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun yetirmələri cari mövsüm doğma azarkeşlər önündə keçirdiyi 7 matçdan yalnız birincisində qalib gəlib.

“Linkoln” üzərində 5:0 hesablı qələbədən sonra Bakıya gələn komandalar ölkəmizdən qalib kimi gediblər. “Lüdoqorets”lə Zaqreb “Dinamo”su Çempionlar Liqasında, “Malmö”, “Ayaks”, “Lion”, dünən də FCSB Avropa Liqasında Tofiq Bəhramov stadionunda həqiqətən “meydan sulayıblar".

06.08.2024. “Lüdoqorets” (Bolqarıstan) – 1:2
24.08.2024. “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2
03.10.2024. “Malmö” (İsveç) – 1:2
24.10.2024. “Ayaks” (Niderland) – 0:3
28.11.2024. “Lion” (Fransa) – 1:4
23.01.2025. FCSB (Rumıniya) – 2:3

Amma bu uğursuz seriya hələlik antirekord deyil. Bu, Azərbaycan futbol tarixinin ikinci uzun seriyasıdır.

Mütləq antirekord isə elə “Qarabağ”ın özünə məxsusdur. “Köhlən atlar” Avropada debüt etdikdən sonra uzun illər evdə “at oynada” bilməyib. Həmin dövrdə qonaqlar 7 qələbə qazanıblar.

08.08.1996. “MüPa” (Finlandiya) – 0:1
30.07.1997. “Yablonets” (Çexiya) - 0:3
27.08.1998. “Kopenhagen” (Danimarka) – 0:4
27.06.1999. “Makkabi” (Hayfa, İsrail) – 0:1
04.07.1999. “Monpelye” (Fransa) – 0:3
29.07.2004. “Dukla” (Banska Bıstritsa, Slovakiya) – 0:1
27.07.2006. “Zimbru” (Moldova) – 1:2

İdman.biz