UEFA Avropa Liqası çərçivəsində keçirilən "Ludoqorets" - "Midtyülland" matçında (0:2) maraqlı hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, meydan sahiblərinin almaniyalı qapıçısı Hendrik Bonmann 90+5-ci dəqiqədə bərabərlik qolunu vurmaq niyyəti ilə rəqib qapısına tərəf qaçdığından topa yiyələnən qonaqların yarımmüdafiəçisi Valdemar Büskov Andreasen onu boş qapıdan keçirib.
Nəticədə hesab arasındakı fərq iki topa yüksəlib. Bu qələbə nəticəsində "Midtyülland" xalını 10-a çatdıraraq 19-cu pilləyə yüksəlib. "Qarabağ" kimi 3 xalı olan "Ludoqorets" isə pley-offa çıxmaq şanslarını itirib.
İdman.biz