“Qarabağ”la oyuna pis başladıq və hesabda geri düşdük”.
İdman.biz xəbər verir ki, bunu FCSB-nın futbolçusu Valentin Kretu deyib.
Müdafiəçi Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ”la görüşünü dəyərləndirib: “Bilirdik ki, rəqib hücum edən, yaxşı paslasan komandadır. Oyunda dönüş yaradıb onlara qalib gəldiyimizə görə şadıq. Əsas sonadək mübarizə aparmaqdır. Görüşə yaxşı hazırlaşmışdıq. Amma futbolda hər şey olur. Onlar bizi ilk hücumla çətin vəziyyətə saldılar. Oyuna sanki 0:1 hesabı ilə başlasaq da, psixoloji gücümüzü göstərdik. Avrokubok matçını səfərdə keçirmək asan deyil. Qazanılan üç xala sevinirik. Adrian Şut üçün çox şadam. O, ikinci kapitanımızdır. Zədə üzündən Bakıya getməyən futbolçularımız üçün döyüşürdük. Biz vahid ailəyik və bu pozitiv fikirlər bizə kömək edir”.
Qeyd edək ki, FCSB iki dəfə hesabda geri düşdüyü matçda 3:2 hesablı qələbə qazanıb.
İdman.biz